“Putinin səhhətində heç bir problem yoxdur”— Peskov

DÜNYA 17 oktyabr 2024, 00:24
“Rusiya Prezidenti Vladimir Putinin səhhətində heç bir problem yoxdur və onun Mərkəzi Klinik Xəstəxanada qeyd etdiyi müntəzəm müayinələr adi tibbi müayinələrdir”.

Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə ki, biz adi tibbi müayinələri nəzərdə tuturuq”, - Kreml nümayəndəsi deyib.

Hökumətlə bugünkü görüşdə Putin qeyd edib ki, o, müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçir. Bu, bütün ölkə ərazisində aparılan mövsümi qrip peyvəndi kontekstində müzakirə olunub. Dövlət başçısı bildirib ki, Mərkəzi Klinik Xəstəxananın həkimləri yerli dərman vasitəsi ilə peyvənd etməyi tövsiyə edir. (Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top