Başqırdıstanda müsəlman bəydən silahlı evlənmə təklifi

DÜNYA 16 oktyabr 2024, 21:36
Başqırdıstan Respublikasında dini nikahda olan gənc cütlük evlilik yolunda ilk addımlarına silahlı atışma ilə başlayıblar. Bəy gəlinə qanqster hücumu üslubunda evlənmə təklif edib. 

Rusiya mediasına istinadən xəbər verir ki, müsəlman adətləri üzrə keçirilən toy mərasimi Abzelilovski rayonunun Xamitovo kəndində baş tutub. 

Atışma fotosessiya zamanı baş verib. Yeni evlənənlər körpüdə şəkil çəkdirərkən bəyin dostu maşınının lyukundan çıxaraq bir neçə dəfə havaya atəş açıb.

21 yaşlı gəlin Minlegül deyib ki, atəş lisenziya tələb etməyən soyuq silahlardan açılıb. Atışmaya qonaqlar arasında reaksiyalar müxtəlif olub. Çoxları baş verənlərdən qorxmayıb, yaşlı nəsil isə qəzəblənib.

Deyilənə görə, sonra İlnəzər adlı bəy evlilik təklifi edəndə yolda "dava" salıb. Bir neçə maşın qıza yaxınlaşıb və iştirakçılardan biri ona tərəf atəş açıb. Minlegül isə qorxusundan sevgilisinin yanına qaçıb gəldiyi anda bəy ona evlilik təklifi edib. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top