Avropa İttifaqının Ukraynaya hərbi yardımının həcmi AÇIQLANDI

DÜNYA 16 oktyabr 2024, 20:11
Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya hərbi yardımın ümumi həcmi 110 milyard avroya çatıb ki, bu da ABŞ-ın yardımından çoxdur. 

Demokrat.az
 xəbər verir ki, bu barədə Aİ - nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell məlumat verib.

“Bu günə qədər biz Ukraynaya təkcə hərbi ehtiyaclar üçün 42 milyard avro ayırmışıq. Bu rəqəm ilin sonuna qədər 45 milyard avro olacaq”, - deyə Borrell qeyd edib.

O əlavə edib ki, ümumi iqtisadi və maliyyə yardımı artıq 110 milyard avroya çatıb.

İki gün əvvəl Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə  Kiyevə silah tədarükü üçün Avropa Fondundan vəsaitlərin açılmasına dair razılığa gələ bilməyiblər. 

Borrell bəyan edib ki, töhfələr formal olaraq könüllü olduqda, Aİ dövlətləri Kiyevə silah tədarükünü maliyyələşdirməkdən imtina etməyəcəklər.


Mehriban Mizəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top