Qazaxıstan BRİKS-ə niyə qatılmaq istəmir? — AÇIQLAMA

SİYASƏT 16 oktyabr 2024, 20:51
Qazaxıstan hakimiyyətinin dövlətin hələlik BRİKS-ə müraciət etməkdən çəkinəcəyi ilə bağlı  bəyanatını obyektiv qiymətləndirmək üçün hələ tezdir. 

Demokrat.az
xəbər verir ki, bu sözləri rus politoloq Sergey Stankeviç müsahibəsində bildirib. 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BRİKS-in Kazan sammitinə gələcəyinə söz verib, onun fikrini dəyişdiyi barədə məlumat yoxdur məsələsini ekspert xatırladıb. 

Onun fikrincə, bu o deməkdir ki, məsələ bununla bitmir və təşkilata üzv olmaqdan imtina ilə bağlı dəqiqləşdirmələr yaxın vaxtlarda gələcək.

"Bu, əlavə düşünmək üçün fasilədir və ola bilsin ki, bu fasilənin səbəbləri bir həftədən sonra bəlli olacaq", - deyə Stankeviç qeyd edib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali bildirib ki, Qazaxıstan hazırda və yaxın gələcəkdə BRİKS-ə müraciət etməkdən imtina etmək qərarına gəlib. 


Mehriban Mizəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top