“Türkiyə SQ atışmada iştirak etmir, sərhədlərimizə hücum yoxdur” — YENİLƏNDİ (VİDEO)

DÜNYA 16 oktyabr 2024, 23:20

“Türkiyə Silahlı Qüvvələri Suriyadakı atışmada iştirak etmir, sərhədlərimizə hücum yoxdur”.

Demokrat.az 
xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Məlumatda Türkiyə-Suriya sərhədində münaqişə nəticəsində səkilən RPG 7 gülləsinin minalanmış əraziyə düşərək yanğına səbəb olduğu bildirilib .

“Rəsmi mənbələrdən başqa verilən açıqlamalara etibar etməyin”, - bəyanatda deyilib.

Kilis valiliyi öz növbəsində bölgədə baş verən atışmanın görüntülərinin sərhədin Suriya tərəfinə aid olduğunu bildirib.

“CNN Türk” müxbiri Paşa Alyurt Ankaradan məlumat yayıb ki, hələlik Türkiyə Silahlı Qüvvələrinin bu hadisədə iştirakının olmadığını bildirilə bilər. (Yeniavaz.com)

***22:24

Türkiyənin Kilis şəhərinəki minalanmış əraziyə iki minaatan mərmisi atılıb.

Demokrat.az
  “Euronews”a istinadən xəbər verir ki, hücumdan sonra Türkiyə Silahlı Qüvvələri mərmilərin gəldiyi bölgəyə top və tank atəşi ilə cavab verməyə başlayıb.

“İhlas” xəbər agentliyinin dərc etdiyi xəbərdə türk əsgərlərinin Suriyanın şimalındakı hədəflərə qarşı çoxlüləli raket sistemlərindən (MLRS) də istifadə etdiyi bildirilib. (​​​​​​​Yeniavaz.com)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top