Bu ölkədə baş nazir 2,87 milyon dollara ev aldı, qalmaqal yarandı

DÜNYA 16 oktyabr 2024, 18:08
Avstraliyanın baş naziri Entoni Albenese 4,3 milyon Avstraliya dolları (təxminən 2,87 milyon ABŞ dolları) ödəyərək dörd yataq otağı, üç vanna otağı və üç ayrı qarajdan ibarət uçurum kənarındakı bağ evi alıb. 

Demokrat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirin yaşayış və mənzil xərclərinin ölkədə əsas müzakirə mövzularından biri olduğu seçkilərdən bir neçə ay sonra o, bu mənzili alıb.

Vətəndaşların bir çoxu baş naziri laqeydliklə ettiham edib. Onun partiyasından olan bir neçə deputat yerli mediaya açıqlama verərək, baş nazirin hərəkətindən şoka düşdüklərini bildiriblər.

Entoni Albenese isə "Mən də çətinliyin nə demək olduğunu bilirəm" deyərək özünü müdafiə edib və lüks iqamətgahı nişanlısı Codi Haydonun Yeni Cənubi Uelsdəki ailə evinə yaxın olduğu üçün aldığını bildirib. Baş nazir mənzil böhranı ilə bağlı da danışıb və hər kəsin ən azı onun qədər maaş almasını arzuladığını bildirib. Xalqın yaşadığı çətinlikləri anladığını deyən baş nazir əlavə edib: "Anam doğulduğu gündən ümumilikdə 65 il ictimai evdə yaşayıb. Bunun nə demək olduğunu bilirəm, ona görə də bütün avstraliyalıların ev sahibi olmasına kömək etmək istəyirəm".

Entoni Albenesenin üzvü olduğu İşçi Partiyası sosial və əlçatan mənzil sistemi üçün 10 milyard Avstraliya dolları investisiya fondu yaradıb. Bununla belə, partiya mənzillə bağlı seçki vədlərini irəli sürmək üçün Avstraliya Yaşıllar Partiyası və müstəqillərdən dəstək almayıb. Araşdırmaya görə, Avstraliya şəhərləri ev sahibliyi baxımından dünyanın ən pis şəhərləri arasındadır. Avstraliya vətəndaşlarının 2/3-sinin öz evləri var, lakin parlament qeydlərinə görə federal siyasətçilərin 95%-nin ən azı bir evi var. Siyasətçilərin 1/3-nin üç və ya daha çox evi var.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top