Finlandiya İraqda İŞİD-ə qarşı mübarizə üçün koalisiyadan çıxdı

DÜNYA 15 oktyabr 2024, 21:40
Finlandiya ilin sonuna kimi İraqda İŞİD-ə qarşı əməliyyatda iştirakını dayandıracaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Finlandiyanın Yle xəbər portalı yazır. 

Son illərdə Finlandiya tərəfi koalisiyada 75 hərbi qulluqçu ilə təmsil olunub ki, onların da əksəriyyəti məsləhətçi və təlimatçı olub. Eyni zamanda, Finlandiya  NATO və AB missiyası vasitəsilə İraqa təhlükəsizlik dəstəyi verməyə davam edəcək.

Qeyd olunur ki, Finlandiya 2024-cü ilin sonuna qədər koalisiya əməliyyatında “Inherent Resolve” əməliyyatında iştirakını dayandıracaq.
  
Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top