Türkiyənin BRİKS-ə qoşulacağı təqdirdə siyasəti necə olacaq?

DÜNYA 15 oktyabr 2024, 22:54
Türkiyə BRİKS-ə qoşularsa, Rusiya Federasiyası ilə qarşılıqlı fəaliyyətə bənzər balanslaşdırılmış siyasət yürüdəcək.

Demokrat.az xəbər verir ki , bu fikri iqtisadi müşahidəçi və jurnalist Taylan Böyükşahin bildirib.

ABŞ-dan respublikaya mümkün təzyiqləri şərh edən Böyükşahin Vaşinqtonun BRİKS ölkələri ilə artıq sabit iqtisadi münasibətlərə malik olduğuna diqqət çəkib.

“Burada heç bir problem olacağını düşünmürəm. Rüsumsuz ticarətlə bağlı yalnız müəyyən qaydalar tətbiq oluna bilər. BRICS ölkələrindən Türkiyəyə, oradan isə Avropaya göndərilən mallarla bağlı qaydalar qəbul edilə bilər. Bunlar problem yaradacaq detallar deyil”, - deyə Böyükşahin bildirib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top