Çində qəribə yenilik — Ev heyvanlarını işləməyə göndərirlər

MARAQLI 16 oktyabr 2024, 19:37
Çində it və pişik sahibləri arasında yeni tendensiya yaranıb. 

Demokrat.az
xəbər verir ki, onlar ev heyvanlarını kafelərə işləməyə göndərməyə başlayıblar. 

Bu barədə CNN məlumat yayıb.

Bu fenomen "Zhengmaotiaoqian" adlanır və Çin dilindən tərcümədə "xeyirxahlıq üçün pul qazanmaq" deməkdir.

Heyvanların olduğu kafelər Çində böyük biznesdir. Ziyarətçilər belə bir müəssisəyə daxil olmaq üçün adambaşına 30-60 yuan (6-12 manat) ödəyirlər və ya sadəcə olaraq bir fincan kofe kimi bir şey sifariş edə bilərlər.

İşləyən və səyahətə gedən çinlilər ev heyvanlarını bu kimi kafelərə aparır. 
Üstəlik, bu yolla, ev heyvanlarının sahibləri elektrik enerjisinə  qənaət edə bilirlər. Çoxları ev heyvanları üçün evdə kondisioner və ya işıqları açıq qoymaq məcburiyyətində qalırdı. 


Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top