Gürcüstan baş naziri ölkə prezidentini istefaya göndərəcəyinə söz verdi

DÜNYA 16 oktyabr 2024, 19:43
Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesini başladacağını vəd edib.

Bu barədə "Vzqlyad" qəzeti yazıb.

Baş nazir Kobaxidzenin rəhbərlik etdiyi hakim Gürcü Arzusu Partiyası hazırkı Prezident Zurabişvilini oktyabrın 26-da keçiriləcək parlament seçkisindən sonra müxalifət nümayəndələri ilə "texniki hökumət"in formalaşdırılması barədə danışıqlar apardığı üçün konstitusiyanı pozmaqda ittiham edir.

"Bir ay sonra biz prezidenti impiçment yolu ilə texniki olaraq istefaya göndərəcəyik", - deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcü Arzusuna müxalif olan prezidentin seçkidən dərhal sonra və Zurabişvilinin səlahiyyət müddətinin bitməsinə bir ay qalmış hakimiyyətdən məhrum edilməsi simvolik xarakter daşıyır.

Zurabişvili, həmçinin xarici səfərlərini Gürcü Arzusunun hökuməti ilə razılaşdırmadığı üçün konstitusiyanı pozmaqda ittiham olunur. Buna görə 2023-cü ildə ona qarşı impiçment elan etməyə cəhd göstərilib, lakin o zaman parlamentdə qərar qəbul etmək üçün səs çatmayıb.  (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top