10 ildir bankda saxlanılan qızıllar yoxa çıxdı — Seyfi açanda şoka düşdülər

DÜNYA 16 oktyabr 2024, 18:46
Xaricdə yaşayan bir ailənin 2014-cü ildən bəri yığdığı və Türkiyənin Afyonkarahisar şəhərindəki bir bankın seyfində saxladığı təxminən 8 kiloqram qızıl yoxa çıxıb. 

Demokrat.az
xəbər verir ki, 2014-cü ildən yığına qızılların yoxa çıxdığını görən R.Ö. nə bundan şoka düşüb.

Hadisə Bolvadin rayonunda baş verib. Əldə edilən məlumata görə, Belçikada yaşayan R.Ö. və həyat yoldaşı Ü.Ö. 2014-cü ildən topladıqları qızılları təhlükəsizlik məqsədilə bir bankın Bolvadin filialında saxlamağa başlayıblar. Bu müddət ərzində ailə təxminən 8 kiloqram qızıl, o cümlədən 22 karat bilərzik və Cümhuriyyət qızılı toplayıb, hamısı da faktura ilə banka yerləşdirilib.

Keçən oktyabrın 11-də Bolvadində banka gedən R.Ö. seyfdən qızıl götürərək dəyişdirmək istəyib. Lazımi əməliyyatlar tamamlandıqdan sonra seyf otağına enən və seyfi açan R.Ö. qızıllarının əskik olduğunu görərək həyatının şokunu yaşadı. R.Ö. daha sonra vəkilinin yanına gedib və vəkil polis bölməsinə gedərək müvəkkilinin adından cinayət işi qaldırıb. Şikayətdən sonra polis bank şöbəsinə gedərək araşdırma aparıb. Seyfdə ailə üzvləri də daxil olmaqla bir çox insanın barmaq izləri aşkar edilib, prokurorluq işi öz üzərinə götürərək genişmiqyaslı araşdırmalara başlayıb.

Baş verənləri izah edən ailənin vəkili Samet Özaydın müvəkkilinin yanına gələrək hadisəni danışanda əvvəlcə inana bilmədiklərini, daha sonra lazımi hüquqi prosesə başladıqlarını bildirib:

"Müvəkkilim və həyat yoldaşının 2014-cü ildən birgə istifadə etdikləri seyf var. Bu seyf çox tanınmış banka məxsusdur. Bankda müştərimə məxsus bir neçə qızıl əmanəti olub. Özünün və övladlarının gələcəyi üçün yığdığı qızıldır. Qızıl sikkələrin çəkisi 7-8 kiloqramdır. Hal-hazırda qızılın dəyəri 21-25 milyon TL arasındadır və hamısı fakturalıdır. Bütün qızıllar ölkə daxilində və xaricdə tanınmış zərgərlərdən alınıb. Müvəkkilim bu qızılların hamısını təhlükəsizlik məqsədilə təxminən 10 il ərzində bu seyfdə saxlayıb. Bu müddət ərzində müvəkkilim oktyabrın 11-dək seyfdən heç bir qızıl götürməyib".

Seyfin açıldığı zaman içərisində boş olduğunu bildirən Özaydın əlavə edib: 

"Seyfdə müxtəlif barmaq izləri var. Öyrəndik ki, seyfi vaxtilə çilingər düzəldib. Bununla əlaqədar olaraq bütün personalın və seyflə əlaqəli hər kəsin iş və iş şəraiti araşdırılacaq. İstintaq davam edir və biz bu hadisənin cinayət və hüquqi prosesini mütləq izləyəcəyik".

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top