Yer üzündəki mələklər — Ən məsum 3 BÜRC

MARAQLI 16 oktyabr 2024, 20:33
Körpələr qədər məsum olan 3 bürc açıqlanıb. Onlarda pislik yoxdur, qəlbləri pakdır. 

Demokrat.az yenisabah.az-a istinadən xəbər həmin bürcləri təqdim edir: 

TƏRƏZİ 

Pislikdən ən uzaq olan bürclər siyahısında ilk yer təbii ki, Tərəzi bürcünə aiddir. Ədalətli xasiyyətləri, sahib olduqlarını düşünmədən qarşı tərəfə təqdim edən səxavətli və xoş xasiyyətləri ilə Tərəzi bürcü siyahıda birinciliyi heç kimə vermir. Bürclər rəng olsaydı, Tərəzi saflığı və yaxşı ürəyi üçün mütləq ağı seçərdi. 

BALIQLAR 

Mövzu yaxşılığa gəlincə, sırada növbəti yeri Balıqlar tutur. İçə dönük və emosional təbiəti ilə tanınan Balıqlar əslində çox səxavətli və yaxşı ürəklidirlər. Səssiz də olsa qarşı tərəf üçün bütün fədakarlıqları etməyə hazır olan Balıqlar, qarşıdakı insana heç vaxt pislik etmir və həmişə yaxşı olmağa çalışır. 

QIZ BÜRCÜ 

Qız bürcü siyahının üçüncü bürcüdür. Qız bürcləri kənardan soyuq və qəddar görünə bilər. Nizamlı və vasvası davranışları ilə məşhur olan Qız bürcləri insan münasibətlərində də eyni vasvasılıqla düşüncələrini idarə edir və qarşı tərəfə pislik diləməzlər. Əgər qarşı tərəfə pis bir şey etməli olsalar, Qızlar bunun əvəzinə yaxşılıq istəməməyi üstün tuturlar. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top