ABŞ Ukraynaya 425 milyon dollarlıq silah paketi ayırdı

DÜNYA 17 oktyabr 2024, 00:00
ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla ümumi dəyəri 425 milyon dollar olan yeni silah paketi ayrıldığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin Amerika lideri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında söhbətdən sonra yaydığı bəyanatda deyilir.

“Bu gün prezident Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketi elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yerüstü sursatlar, zirehli maşınlar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan kritik hərbi sursatlar daxildir”, - Ağ Ev bildirib.
Ümumilikdə, Pentaqonun məlumatına görə, Birləşmiş Ştatlar Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 59,1 milyard dollar, Baydenin prezidentliyi başlayandan isə 59,8 milyard dollar hərbi yardım ayırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top