Deputat: Azad edilmiş ərazilərdə elə minalar var ki, onu heç minaaxtaranlar da tapa bilmir

GÜNDƏM 17 oktyabr 2024, 00:33
Azad edilmiş ərazilərdə elə minalar var ki, onu heç minaaxtaranlar da tapa bilmir. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Aqil Abbas deyib.

"Çünki həmin minalar yüksək texnologiyalarla hazırlanıb", - o vurğulayıb.

Deputat Elman Məmmədov isə qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərinə minaları basdıran ölkə olmasına baxmayaraq, ona bununla bağlı beynəlxalq dəstək göstərilib, maliyyə ayrılıb:

"Ermənilərdən mina xəritələrini tələb edirik. Amma onlar hələ Birinci Qarabağ müharibəsi ərəfəsində pərakəndə şəkildə hara gəldi, necə gəldi mina atıblar”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top