Kərim Abbasov: "12 dəqiqəyə 28 min dollar şabaş yığdım"

ŞOU-BİZNES 17 oktyabr 2024, 01:00
Müğənni Kərim Abbasov toyda ən çox yığdığı şabaşın məbləğini açıqlayıb.

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi Xəbərin var?” verilişində danışıb.

O, 12 il bundan əvvəl Moskvada keçirilən yəhudi məclislərinin birində 28 min dollar şabaş yığdığını bildirib:

"28 min dollar şabaş yığmışdım. Röya ilə ifa edəndən sonra bizi qonaqların yanına rəqsə dəvət etdilər və böyük bir dairəyə aldılar. O qədər şabaş verdilər ki, səhərə qədər o pulu saydıq. Bu, 10-12 dəqiqə arasında baş verdi. Röya həmin toya yaxşı məbləğə gəlmişdi, 45 min dollar pul almışdı. Röyanın doğum gününə təsadüf etdiyindən toya gəlmək istəmirdi”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top