Vahid Əhmədov professor Nizaməddin Şəmsizadəni ziyarət edib — FOTO

GÜNDƏM 15 oktyabr 2024, 22:25
Tanınmış ictimai-siyasi xadim Vahid Əhmədov görkəmli tənqidçi və nəzəriyyəçi, ədəbiyyatşünas, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor qubalı ziyalı Nizaməddin Şəmsizadəni 70 illik yubileyi münasibətilə Bakı şəhərində yaşadığı evində onu ziyarət edib.

Vahid Əhmədov bir qubalı olaraq Quba bölgəsini ədəbi fikirlərdə layiqincə canlandırmasını və müasir ədəbiyyatın təkmilləşməsində gördüyü işlərə görə Nizaməddin Şəmsizadəyə öz minnətdarlığını bildirib, onun bədii yaradıcılıq və ədəbi tənqiddə qoyduğu irsin Azərbaycan ədəbiyyatına hər zaman töhfə verdiyini və gələcəkdə də verəcəyini qeyd edib. Vahid Əhmədov bildirib ki, məhz Nizami Şəmsizadə kimi ziyalılarımızın sayəsində Azərbaycan ədəbiyyatı daha da tanınıb, bir çox söz adamlarının ədəbi irsi geniş auditoriyaya çatdırılıb. O, bununla özündən sonrakı gənc nəsillərə də ilham olub.
 
Yekunda,Vahid Əhmədov görkəmli ədəbiyyatşünas və tənqidçi Nizaməddin Şəmsizadəyə 70 illik yubileyi münasibətilə öz hədiyyələrini təqdim edərək, ona cansağlığı və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top