"Şərurlu İsfəndiyar"ın şirkəti 15 min manat cərimələnə bilər

GÜNDƏM 15 oktyabr 2024, 23:43

Tikinti maqnatı İsfəndiyar Axundova ("Şərurlu İsfəndiyar") məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) inzibati məsuliyyətə cəlb edilib.

Demokrat.az "Qaynarinfo"ya istinadən bildirir ki,  şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslər 3 500 manatdan 4 500 manatadək, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manatadək cərimə edilirlər. "Şərur" MTK Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğuldur. Şirkət vaxtaşırı qalmaqallarla gündəmə gəlir.

Elə İsfəndiyar Axundovun özü də qalmaqallı iş adamı kimi tanınır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top