"Azərbaycanda bütün yağların tərkibində palma yağı var" — ŞOK AÇIQLAMA

SOSİAL 16 oktyabr 2024, 16:48
Azərbaycanda üzüm yağı istehsal ediləcək. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümün emalı zamanı yaranan tullantılardan (üzüm toxumu) soyuq sıxma üsulu ilə yağ istehsalına başlayıb, bunun patenti alınıb. 

İnstitutun direktoru Vüqar Səlimov “Report”a açıqlamasında bildirib ki, hazırda yağ əldə ediləcək üzüm sortları üzərində araşdırmalar aparılır. Onun sözlərinə görə dünyada üzüm yağının istehsalı aktualdır. 

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında söyləyib ki, istər heyvan yağı, istər bitki yağı adı altında satılan yağlar olsun, Azərbaycanda orqanik yağ istehsalında ciddi problemlər var:



“Bütün növ yağların tərkibində palma yağı var. Üzüm yağına tələbat yarana bilər. Üzüm xammalının əldə edilməsində Azərbaycanın böyük potensialı var. Vaxtilə Azərbaycanda üzüm istehsalı kifayət qədər olub, amma indi həmin bağların əksəriyyəti sıradan çıxıb, yeni salınan bağların sahəsi azdır. Bu baxımdan üzüm yağı istehsalında xammal qıtlığı yarana bilər. 

Üzümçülük məhsullarının istehsalına texnologiya yönəldirmir. Bəzi özəl şirkətlərin öz zavodları var, şərab istehsal edir. Bu şirkətlər üzüm bağlarının salınmasını stimullaşdıra bilər. Təkcə öz şirkətləri üçün deyil, üzümçülüyə yararlı bölgələrdə bağların salınması, daha çox üzüm becərilməsini inkişaf etdirə bilərlər. Üzümün tullantılarından heyvanlar üçün yem də hazırlanır. Həm üzüm yağı, həm də şərab istehsalını artırmaq üçün Azərbaycanın mövcud potensialından düzgün istifadə edilsə, məhsuldarlıq artar”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top