Tələbələr üçün "süni intellekt mədəniyyəti" mövzusunda tədbir — FOTOLAR

SOSİAL 16 oktyabr 2024, 15:52
“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Süni intellekt mədəniyyətinin öyrənilməsi” layihəsi çərçivəsində tədbirlərini davam etdirir.

Növbəti tədbir 14 oktyabr 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbələrinin iştirakı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə universitetin rəhbərliyi adından, universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev açıb. O, qısa giriş sözü ilə mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb və tədbirin məruzəçini təqdim edib.

Tədbir iştirakçıları torpağlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla anıblar.

Məruzəçi professor Rəna Mirzəzadə “Süni intellekt mədəniyyətinin öyrənilməsi” mövzusunda geniş çıxış edib. Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Yekunda Orxan Naqdiyev rəhbərlik adından maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün universitetin rəhbərliyinə təşəkkür edib.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top