"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

HADİSƏ 16 oktyabr 2024, 17:36
Avropa ölkələri ilə yanaşı bir çox ölkələrə iş vizası düzəltmək adı ilə 200 nəfərdən artıq şəxsi aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Piriyevin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirildikdən sonra onun haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 30-a təyin olunub.

Qeyd edək ki, "Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur. Çoxsaylı şikayət əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top