"Qadınlar su ehtiyatlarının idarə edilməsində böyük rol oynayırlar"

SOSİAL 16 oktyabr 2024, 12:29
Qadınlar həmişə cəmiyyətin daha emosional və zəif, kişilər isə güclü halqası hesab olunublar. Ancaq nəzərə alınmalıdır ki, qadınlar sudan ailənin bütün fərdlərinin ehtiyaclarını ödəmək üçün istifadə edirlər.

Demokrat.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransın “Təhsildə gender bərabərliyi və su ehtiyatları idarəçiliyi: bərabər iştirakın təmin edilməsi” adlı panel sessiyasında söyləyib. O qeyd edib ki, qadınlar su ehtiyatlarının idarə edilməsində, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasında çox böyük rol oynayırlar.

Aygün Əliyeva COP29-un Təşkilat Komitəsində qadınların fəal təmsil olunduğunu bildirib və bu baxımdan Azərbaycanın iqlim liderliyinin yetişdirilməsində yaxşı nümunə ola biləciyini deyib.

“Qeyri-hökumət təşkilatlarının iqlim dəyişmələrini doğuran hallara qarşı mübarizəsi müxtəlif fəaliyyətlərdə özünü göstərə bilər. Burada əsas tədbir maarifləndirmə ilə bağlı olmalıdır. Son üç ildə keçirilən qrant müsabiqələrində iqlim dəyişmələri əsas mövzulardan olub. Aidiyyəti qurumlar müəyyən normativ sənədləri hazırlayarkən vətəndaş cəmiyyətlərinin nümayəndələrini dinləmələrə və müzakirələrə aktiv şəkildə cəlb edə bilərlər. Təşviqat və monitorinq prosesinə QHT-lər töhfə verə bilər”, - deyə A.Əliyeva qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top