Fransa Ukraynanı ən yeni dronlarla təmin edəcək

XARİCİ SİYASƏT 16 oktyabr 2024, 14:51
Fransa tezliklə Ukraynanı özünün kamikadze hücumu aparan dronları ilə təchiz etməyə başlayacaq. 

Demokrat.az
xəbər verir ki , bu barədə respublikanın müdafiə naziri Sebastyan Lekornu məlumat verib.

Lekornu Fransanın ilk hücum pilotsuz uçuş aparatlarının sınaqlarının uğurla keçdiyini və yaxın həftələrdə Ukrayna ilə yanaşı, ilk fransız bölmələrinin də onları qəbul edəcəyini bildirib.

Qeyd olunur ki, 2024-cü ilin martında Fransa Müdafiə Nazirliyi 2000 kamikadze-hücum pilotsuz uçan aparatı sifariş verib, onların bir hissəsinin Ukrayna Silahlı Qüvvələrinə göndərilməsi planlaşdırılıb.  

Emmanuel Makron Vladimir Zelenskiyə Ukraynaya yardımın davam etdiriləcəyinə görə söz verib. 

Dövlət başçısı bildirib ki, Fransa ukraynalı əsgərlərin silahlanması və təlimi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirəcək. 

Ukraynaya maliyyə yardımının ayrılması məsələsi Aİ-nin qarşıdan gələn sammitində müzakirə olunacaq.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top