Apple 2025-ci ilin əvvəlində iPhone SE smartfonunun yeni nəslini təqdim edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, SE xətti son üç ildə ilk dəfə yenilənəcək. Cihaz hazırkı iPhone-ların üslubunda dizayn ediləcək.
Smartfon Home düyməsi olmayan nazik çərçivəli ekranla təchiz ediləcək.
O, həmçinin Face ID biometrik sensoruna sahib olacaq.
Bloomberg qeyd edib ki, yeni nəsil SE Apple Intelligence neyron şəbəkəsini dəstəkləyəcək.
Telefonun 8 giqabayt operativ yaddaşı olacaq.
Qeyd edək ki, cihazın digər xüsusiyyətləri barədə heç bir məlumat açıqlanmayıb.
Mehriban Mirzəzadə
Demokrat.az