Son zamanlar bağçalarda baş verən xoşagəlməz hadisələr valideynlərdə narahatlıq hissi doğurur. Onlar artıq bura etibar edib öz uşaqlarını göndərməkdə tərəddüd edirlər. Bağçalarda müəllimlərlə uşaqların davranışı, onlara qulluq etməsi, dərs tədris etməsi heç də keyfiyyətli deyil. Belə olduqda isə bağçalarda uşaq sayı da azalır. Bəs, bunun qarşısını necə almaq olar?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, son zamanlar bağçalarda yaranan bəzi xoşagəlməz məsələlər əslində çox ciddi bir yanaşma tələb edir:
“İlk öncə respublikada mövcud olan real bağça potensialı bağça yaşlı uşaqların sayını nə dərəcədə uyğun olması müəyyən edilməlidir. Ölkımizdə 1600-dən yuxarı bağça var. Bu bağçalara təqribən 120 və 125 min uşaq cəlb olunub. Amma biz bilirik ki, bağça yaşlı uşaqların sayı daha çoxdur. Yəni real bağça qeydiyyatında olan uşaqların sayı təqribən statistikada 90 min üzərində göstərilir. İlk növbədə müəyyənləşdirmək lazımdır ki, bizim bağçalar say baxımından ölkə əhalisinin bağça yaşlı uşaq sayını əhatə edə bilir və bu bağçaların yerləşdirilməsi hansı səviyyədədir. Bağçaların, böyük əksəriyyəti dövlət bağçalarıdır. Amma bu bağçalarda hər şey müasir dövrün çağırışlarına uyğunluq səviyyəsi, orada həm yeni təlim, tərbiyə metodikası, müasir dövrün çağırışlarına cavab verən səviyyədə olmalıdır. Əlbəttə, bununla bağlı addımlar atılır, müəyyən irəliləyişlər var. İlk növbədə həm də bağçalarda uşaqların yerləşdirilməsi istiqamətində şəffaflıq təmin olunmalıdır. Heç kəsi kənarda qoymamaq prinsipi burda da tətbiq olunmalıdır. Bağçalara qəbul məsələsində və bağçalarda təlim-tərbiyənin, təminatın keyfiyyət səviyyəsini yüksəltmək üçün zamanın çağırışlarına uyğun, şərait yaratmaq daha məqsədəuyğundur. Bəzən bağça müəllimlərinin, bağçada, təlimçilərin pedaqoqların, uşaqlarla davranışları ilə bağlı sosial mediada kütləvi informasiya vasitələrində xəbərlər paylaşılır. Bağçalara pedaqoqların təlimçilərin müəllimlərin cəlbi ilə bağlı keyfiyyət göstəriciləri yüksək olan testlər tətbiq olunmalıdır. Həm də bağçanın idarə edilməsi də güman edirəm ki, olmalıdır və həm də onun idarə edilməsində şəffaflıq təmin olunmalıdır. Daha müasir çağırışlara cavab verən menecerlər cəlb olunmalıdır.
Güman edirəm ki, bağçalarda həm təlim, tərbiyə məsələsi ilə bağlı keyfiyyət dəyişikliklərinə ehtiyac var, həm də onun idarə edilməsi ilə bağlı keyfiyyətlərinə ehtiyac var. Uşaqların sosiallaşmasında məhz bağçaların mühüm rolu var. Bu baxımdan bağçalarda biz maksimum sağlam, şəffaf, tərbiyə mühiti yaratmalıyıq ki, uşaqlar normal şəkildə sosiallaşıb, cəmiyyətə inteqrasiya olunsunlar”.
Mehriban Mirzəzadə
Demokrat.az