"Məktəblərdə məntiq fənni keçirilməlidir" — Elçin Əfəndi

GÜNDƏM 30 sentyabr 2024, 19:25
Bu gün tam orta təhsil müəssisələrində məntiq fənni tədris olunmur. Amma buna baxmayaraq, məntiq fənnindən müvafiq olaraq bəzi liseylərə qəbul, o cümlədən keçirilən sınaq imtahanlarında şagirdlərin bilik və bacarıqları imtahan olunur.  Yuxarı təhsil pilləsində isə əsasən magistraturaya qəbul imtahanında yenə də məntiq fənnindən istifadə olunur. Həmçinin dövlət qulluğuna qəbulunda da yenə məntiq fənnindən istifadə olunur. 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, təkcə tam orta təhsil müəssisələri deyil, o cümlədən orta ixtisas təhsil müəssisələrində bir çox ixtisaslar, həmçinin ali təhsil müəssisələrində bir çox ixtisaslarda məntiq fənni tədris olunmur:

“Amma buna baxmayaraq, yenə məntiqdən şagirdlərin bilik və bacarıqları yoxlanılıb, qiymətləndirilir. Valideynlərin isə bu mövzuda narazılıqları anlaşılandır. 
 Biz  tam orta təhsil müəssisələrində yalnız riyaziyyat müvafiq olaraq fənnindən bilik və bacarıqları yoxlayırıq.  Əsasən imtahan suallarında təyin olunanda bildirirlər ki, riyazi məntiqdir. Düşünürəm ki, əgər biz məntiqini tədris etmiriksə, ən azından riyazi məntiqə əsaslanan suallar təyin etmək olar, digərlərini isə yox. O ki qaldı, məntiq fənnin tədris məsələsinə, məntiq fəndi tədris olunmalıdır. Şagirdlərin məntiq fənni ilə bağlı bilikləri həm onların  dünyagörüşünə, həm də daha çevik, istənilən situasiyada qərar vermələrinə gətirib çıxaracaq Amma  hazırkı vəziyyətdə də bilirsiniz ki, tədris proqramında məntiq fənni yoxdur”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top