Qubada kürəkən qayınanasını döydü

HADİSƏ 10 sentyabr 2024, 15:17
Quba rayonunda 1987-ci il təvəllüdlü Nəcəf ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qayınanası Tamaraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 19-da Quba rayonunun kəndində baş verib. Nəcəf qayınanası Tamaraya məxsus fərdi yaşayış evinin həyətində aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı qonun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələri vurub. 

Hadisəni törədən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Nigar ilə münasibətləri yaxşı olmadığı üçün uşaqları ondan ayrı yaşayır: “Arvadım xeyli müddətdir ki, qayınanam Tamaranın təkidi ilə ata evində yaşayır. Övladlarım isə ara-sıra yanıma gəlirlər. Sonuncu dəfə övladlarım gəlib-getdikdən sonra qaynanam anama zəng edərək uşaqları ac saxlamağımızı bildirərək irad tutdu. Bu söhbəti eşidərək həmin gün saat 8 radələrində qayınanamın yaşadığı evə getdim. Qayınanam və arvadımı evin həyətində görərək içəri daxil oldum. Qayınanamdan uşaqlarımı nə vaxt ac saxlaması barədə soruşdum. Bu səbəbdən aramızda mübahisə yarandı. Bu zaman arvadım əlində olan ağac materialından olan balta sapı ilə başıma və bel nahiyəmə vurdu. Həmin vaxt əsəbi olduğum üçün qayınanamın sol əlindən tutaraq özümə tərəf dartdım, yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurdum. Həmin vaxt mən yerə yıxıldım. Yerdə olduğum zaman arvadım əlində olan balta sapı ilə belimə və başıma vurdu. Mən yerdən qalxdım və onun əlindən ağacı alaraq kənara atdım. Onun sifətindən və bədənindən şillə ilə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Tamaranın sözlərinə görə, qızı Nigar Nəcəf ilə ailə həyatı qurub, onların birgə nikahlarında iki övladları var: “Kürəkənim Nəcəf spirtli içki aludəçisi olduğu üçün onların ailəsində tez-tez münaqişə yaranıb. Bu səbəbdən qızım xeyli vaxtdır ki, bizimlə birlikdə yaşayır. Hadisə günü, saat 8 radələrində kürəkənim yaşadığımız evə gələrək evin həyətində qızıma yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurdu. Onların arasına girərək kürəkənimi itələdim. Bu zaman Nəcəf dəmir nərdivana dəyərək yerə yıxıldı. Həmin vaxt Nəcəf ayağa qalxaraq yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrində vuraraq ona xəsarət yetirdim. Bu səbəbdən də həmin vaxt Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəf 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olub. 
Təqsirləndirilən şəxsin üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
09 oktyabr 2024, 09:14
Top