Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Mahir Həsənov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Nazim Məmmədovu qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 2022-ci ilin fevralın 9-da baş verib.
Mahir həmin gün təxminən saat 9 radələrində evində olan mətbəx bıçağını itilətmək məqsədilə yaşadığı binanın yaxınlığındakı çəkməçi dükanına gəlib.
Mahir bıçağı təxminən 5-10 dəqiqə ərzində itilətdikdən sonra əlindəki ağ rəngli sellofan torbanın içərisinə qoyaraq üzərində daşıyıb, ardınca siqaret almaq üçün yaxınlıqdakı köşkə yaxınlaşıb. Bu zaman Mahir Sumqayıt şəhər sakini Nazimin ona tərs-tərs baxmasından narahat olmasını bəhanə edib.
O, Nazimi təhqir edə-edə ona yaxınlaşıb və yaxınlaşan kimi özündə olan bıçaqla onun sinə nahiyəsindən bir dəfə vurub. Nazim aldığı zərbədən ölüb.
Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ailəsi ilə birlikdə yaşayır, zərərçəkmiş Nazimi üzdən tanısa da, münasibətləri olmayıb:
“Aramızda hər hansı bir ədavət və ya düşmənçilik olmayıb. Hadisədən əvvəl, təxminən saat 16-17 radələrində Nazim bizim məhəlləmizdə yaşayan adını bilmədiyim bir nəfər oğlanla mübahisə etdiyini gördüm, onları ayırdım və Nazimə məhəllələrində səs-küy yaratdığına görə məzəmmət etdim. Bu zaman Nazim mıni təhqir etməyə başladı.
Bunun qarşılığında mən də Nazimi təhqir etdim. Bu minvalla aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Nazimə məhəlləmizdən getməyi, əks təqdirdə onu yumruqla vuracağımı bildirdim. Nazim isə vura bilməyəcəyimi deyərək yenidən məni təhqir edə-edə məhəllələrindən uzaqlaşaraq getdi. Nazim getdikdən sonra mən də evimə yollandım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün, fevralın 9-da, təxminən saat 9 radələrində evdəki mətbəx bıçağını itiləmək məqsədilə bıçağı götürüb və məhəllələrindəki çayxananın yanındakı çəkməçi dükanına gəlib:
“Məzahir adlı usta təxminən 5 dəqiqə ərzində bıçağı itilədi və mənə qaytardı. Ardınca mən evə qalxmamışdan əvvəl siqaret almaq üçün binalarının qarşısındakı yolu keçərək köşkə yaxınlaşdım. Köşkün yanına gəldikdə Nazimi öz məhəlləsindən çıxdığını gördüm. Nazimi gördükdə əvvəlki gün aramızda baş vermiş mübahisə yadıma düşdü və Nazimə tərs-tərs baxmağa başladım. Nazim məndən nə üçün tərs-tərs baxdığımı soruşdu. Mən isə Nazimə yaxşı elədiyimi bildirdim. Bundan sonra Nazim məni təhqir edərək mənə doğru gəlməyə başladı. Nazim məni təhqir etdiyi üçün ona doğru yeridim. Biz birinci bina ilə ikinci binanın arasındakı yerdə yaxalaşdıq. Birinci Nazim məni yumruqla vurmağa cəhd etsə də, Nazimin yumruğundan yayına bildim Dərhal sağ yumruğumla Nazimin sifət nahiyəsindən vurdum. Mənim yumruğum da Nazimin sifətinə dəyməyərək sürtdü. Ardınca Nazimin arxa hissəsindən vuraraq cəzalandırmaq istədiyimdən əlimdəki torbadan bir qədər əvvəl itilətdirdiyim mətbəx bıçağını çıxartdım. Nazim əlimdə bıçağı görərək bir qədər duruxdu. Mən bıçaqla Nazimin arxa hissəsindən vurmaq istədim. Nazim əyilərək özünü müdafiə etməyə cəhd göstərdi. Buna görə də bıçaq Nazimin sinə nahiyəsindən dəydi. Nazimi bıçaqla vurduqdan sonra ona “adamın var-yoxunu belə eliyirlər” dedim. Nazim bıçaq zərbəsindən sonra dalaşdığılmız yerdən məhəlləsinə doğru bir neçə addım atdı və yaxınlıqdakı blokun qarşısında yerə yıxıldı. Mən Nazim yerə yıxıldıqdan sonra öldüyünü güman edərək 1-ci polis bölməsinə gedərək təslim oldum”.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, fevralın 9-da, saat 9 radələrində Nazimlə mübahisə edən zaman onu öldürmək niyyəti olmayıb:
“Yalnız bıçaqla arxa nahiyəsinə vuraraq onu cəzalandırmaq istəmişəm. Lakin Nazim müqavimət göstərdiyindən bıçaq onun sinə nahiyəsinə dəydi. Nazimlə münaqişələri təxminən 3-4 dəqiqə çəkdi. Yaxınlıqda tanımadığım insanlar olsa da, həmin vaxt bizi heç kəs ayırmayıb. Həmin vaxt ətrafımıza insanlar toplaşmayıb. Nazimlə münaqişə elədiyimiz və Nazimə bıçaqla vurduğum vaxt hər ikimiz üzbəüz dayanıb”.
İş üzrə zərərçəkmiş Nazimin hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, təqsirləndirilən şəxsi tanımır, hadisənin şahidi olmayıb:
“Nazim mənim ərim olub, fəhləlik edərək pul qazanıb. Özü ilə Mahiri də evlərə işləməyə apardığını eşidib. Nazim ölümündən bir gün qabaq çox narahat olub. Ondan narahatçılığının səbəbini soruşduqda, 12 mikrorayonda bir nəfərin ona 35 manata yaxın borcu olduğunu və o şəxsi axtardığını bildirdi. Ölümündən 1-2 gün qabaq Nazimin əli şişmişdi.
Nazimin kimisə döydüyünü bildim. Mahir “Nazim gəldi, bizim həyətə söyüş söydü” deməklə yalan danışıb. Hadisə günü təxminən saat 12-nin yarısı bacım zəng edərək Nazimin bıçaqlandığını bildirdi. Mahirdən düz danışmasını tələb etmişəm. Mahir bıçağı lezva kimi itilətdirib, yoldaşımı yaşadığı binanın önündə öldürərəkən həmin zərbədən yaşamayacağını təxmin edib. Təqsirləndirilən şəxs ilə aramızda barışıq yoxdur, ondan şikayətçiyəm”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mahir 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az