24 ildir deputat olan Siyavuş Novruzovun rəqibləri: Müəllim, pensiyaçı, idmançı...

GÜNDƏM 20 avqust 2024, 14:56
2 saylı Şərur - Kəngərli seçki dairəsindən deputatlığa namizəd Siyavuş Novruzovun maraqlı rəqibləri var. 

Demokrat.az “azxeber.com”a istinadən xəbər verir ki, siyahıya nəzər saldıqda 2000-ci ildən Milli Məclisin deputatı olan Novruzov üçün 1 sentyabr Parlament seçkilərində də yaşıl işıq yandırıldığını demək mümkündür. 

Belə ki, YAP-çı deputatın 10 rəqibi var. Onlardan 4 nəfəri müəllim, 3 nəfəri pensiyaçı, 1-i peşəkar döyüş liqasının vitse-prezidenti, 1-i mənzil istismar səhəsinin əməkdaşı, 1-i isə şirkət təsisçisidir. 

Müxalif partiyalardan yalnız Ümid Partiyası Siyavuş Novruzova qarşı rəqib çıxarıb.  

Qeyd edək ki, Siyavuş Novruzov 24 ildir ki, deputatdır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top