Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Mahir Soltanov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı onunla birlikdə fəhlə işləmiş Asim adlı şəxsə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 may 2022-ci ildə, saat 15 radələrində Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Montin küçəsində yerləşən “Arzu” kafesində baş verib.
Mahir həmin kafedə müştəri qismində olan zaman, xeyli müddət ərzində daimi olaraq səbəbsiz söyüş söydüyü səbəbindən mübahisəli münasibətdə olduğu Asimin içkili vəziyyətdə kafeyə gəldiyini, lakin özünü apara bilmədiyinə görə kafenin işçiləri tərəfindən xidmət göstərilməsindən imtina edilərək yenə də söyüş söyərək kafedən çıxmasını görüb.
O, Asimin arxası ilə çıxaraq avtobus dayanacağının arxasında onun içkili vəziyyətdə olaraq yoldan keçən qadın və uşaqların yanında uca səslə ünvansız nalayiq söyüşlərin işlətməsinə görə irad bildirib.
Mahir Asimin nalayiq hərəkətlərinə son qoyması kimi haqlı tələbini qəbul etməyib, nalayiq hərəkətlərin inadla davam etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onun döş qəfəsi nahiyəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 126-cı və 221-ci maddələri ilə məhkum olub:
“Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən bazarda fəhlə kimi işləyirdim. Zərərçəkmiş Asimi işlədiyim yerdən tanıyırdım. Asim spirtli içkiyə meyilli bir insandır, sonuncu tez-tez spirtli içkilər içir, söyüş söyürdü. Bununla əlaqədar aramızda arada sözlə mübahisələrimiz olub. Lakin aramızda heç vaxt əlbəyaxa dava olmayıb”.
Təqsirləndiirlən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat təxminən 14 radələrində Zabrat 2 qəsəbəsində yerləşən “Arzu” kafesinə gedib:
“Orada oturub çay sifariş verdim. Çayımı içib çıxmaq istəyən zaman iş yoldaşım olan və tanıdığım Asim adlı şəxsin kafeyə daxil olaraq pivə istədiyini eşitdim. Lakin Asim çox içkili olduğundan ona pivə vermədilər və onun kafedən getməsini bildirdilər. Asim kafedə olan zaman bir qədər yüksək səslə danışdı və söyüş söyə-söyə çölə tərəf çıxdı. Mən də Asimin arxasıyca çıxdım. Həmin yerdən bir qədər irəlidə dayanacağın arxa hissəsində olan zaman Asimin yüksək səslə danışdığını və söyüş söydüyünü eşitdim. Bu zaman Asimin yanından bir nəfər qadın və iki azyaşlı uşağın keçdiyini gördüm.
Asimə yaxınlaşaraq söyüş söyməməyi, ətrafda qadın, uşaq olduğunu, hörmət etməsini bildirdim. Bizim aramızda buna görə əvvəllərdə sözlə mübahisələrimiz olub. Bu dəfə də aramızda sözlə mübahisə baş verdi. Asim buna məhəl qoymayaraq yenidən söyüşlə danışmağa davam etdi. Asimə yenidən söyüş söyməməyi, sakit olmağı təklif etdim. Lakin Asim buna baxmayaraq yenə də öz əməllərinə davam etdi. Biz əlbəyaxaya çıxdıq. Bir neçə dəqiqə süpürləşəndən sonra aralaşdıq”.
Mahirin ifadəsinə görə, daha sonra oradan gedib:
“Həmin zaman mənim üzərimdə bıçaq olub. Mən bıçaqdan istifadə etməmişəm. Bıçaq həmin zaman mənim belimdə olub. Həmin hadisədən sonra evə getməmişım, çöldə qalmışam. Dava-dalaşa səbəb Asimin ünvansız söyüş söyməyi olub. Üzərimdə dava-dalaş zamanı bıçaq olub, lakin həmin bıçaqdan istifadə etməmişəm. Bizim aramızda dava-dalaş Zabrat 2 qəsəbəsində yerləşən “Arzu” kafesinin yaxınlığında olan dayanacağın arxa hissəsində baş verib. Dava-dalaş təxminən 10-15 dəqiqə davam edib. Asimin sadəcə sifət nahiyəsindən vurmuşam. Ona bıçaqla xəsarət yetirməmişəm”.
İş üzrə zərərçəkmiş Asimin sözlərinə görə, Zabrat qəsəbəsində yerləşən Zabrat dairəsində fəhlə kimi gündəlik işləyib:
“Mən içki audəçisiyəm. İşdən sonra gündəlik hər gün spirtli içki qəbul edirəm. Mənimlə birlikdə həmin yerdə Mahir adlı şəxs də dayanırdı. Mən içkili olan zaman müəyyən şeyləri xatırlamıram, ünvansız söyüşlər söyürəm. Bununla əlaqədar hadisədən bir neçə gün əvvəl Mahirlə aramızda sözlə mübahisə oldu. Mahir mənə içki içməməyi və söyüş söyməməyi bildirdi. Bundan sonra Mahiri görməmişəm”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat təxminən 11 radələrində üzdən tanıdığı, lakin adlarını bilmədiyi fəhlələrlə içməyə Zabrat qəsəbəsində yerləşən kafelərin birinə gediblər:
“Orada təxminən 350 qram spirtli içki olan “Vodka” qəbul etdim. Bundan sonra, pivə içmək üçün “Arzu” kafesi kimi tanınan kafeyə gəldim. Həmin zaman masaların birində Mahir və tanımadığım şəxslər çay içirdilər. Onlarla salamlaşıb masaya əyləşdim və pivə sifariş verdim. Lakin çox içkili olduğumdan kafenin sahibi mənə pivə verməyəcəyini bildirdi. Buna görə əsəbləşdim və uca səslə və söyüş söyərək oradan çıxdım. Bu zaman Mahir yaxınlaşdı və söyüş söyməməyi bildirdi. Mən içkili olduğumdan ona getməsini bildirdim.
Mahir məni həmin kafedən bir qədər qırağa, yəni dayanacağın arxasına çəkdi, yenidən söyüş söyməməyi bildirdi. Mahirin sözlərinə məhəl qoymayaraq yenə söyüş söyməyə davam etdim. Bu zaman əsəbləşdiyindən yaxamdan tutdu. Bu zaman Mahirin əlində bıçaq gördüm. Mahir əlində tutduğu bıçaqla sinəmdən bir dəfə zərbə endirdi. Həmin bıçaq zərbəsindən sonra Mahir məndən uzaqlaşdı. Mən isə nə baş verdiyini anlamadan geriyə qayıtdım. Bir qədər getdiksən sonra yanımda olan şəxslərdən biri paltarımın qan olduğunu dedi. Mən bu zaman hiss elədim ki, Mahirin atdığı bıçaq zərbəsi sinəmə dəyib. Yanımda olan Yaşar adlı fəhlə yoldaşım təcili tibbi yardıma zəng etdim. Bundan sonra məni 3 saylı Sabunçu rayon xəstəxanasına apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Mahir 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az