Bacısı qızından Tacir Şahmalıoğlunun səhhəti ilə bağlı paylaşım

GÜNDƏM 20 sentyabr 2026, 21:26
Tanınmış stilist Tünzalə Kərimova dayısı, müğənni Tacir Şahmalıoğlunun səhhəti ilə bağlı paylaşım edib.

O sənətçinin hazırda müalicə aldığı xəstəxanadan görüntü paylaşıb.

“Biz uzunömürlü nəsilik. 100 yaşından əvvəl o dünyaya getmək yoxdur”, - T. Kərimova bildirib.

Sənətçi isə hazırda səhhətinin yaxşı olduğunu deyib:

“Özümü yaxşı hiss edirəm. Həkimlərimizə təşəkkür edirəm”.

Qeyd edək ki, T. Şahmalıoğlu qardaşının vəfatından sonra şəkər xəstəliyinə tutulub və ciddi çəki itirib. Onun son görüntüləri izləyicilərində narahatlıq yaradıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

20 sentyabr 2026, 20:21
Top