“Ukrayna Kursku Donbasla dəyişmə predmetinə çevirmək istəyir” — Müharibə genişlənəcək

GÜNDƏM 09 avqust 2024, 21:15
“İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, Rusiya ərazilərinə hücum həyata keçirilir. Bu, yeni tendensiya hesab edilə bilər. Düşünürəm ki, Ukrayna yeni taktika seçib, bu taktika ondan ibarətdir ki, o, işğal altındakı ərazilərinin  müdafiəsi ilə məşğul deyil, Rusiyanı yeni fakt qarşısında qoymaq üçün onun ərazilərində özünə yeni istehkamlar yaratmağa çalışır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O qeyd edib ki, Kurskun tutulması fonunda Ukraynanın apardığı müharibə genişlənəcək:

“Belqorod və Kurska qarşı Ukraynanın hücumları müharibənin sonrakı taleyində vacib dəyişikliklərə səbəb olacaq deyə düşünürəm. Aqressivlik, radikallıq daha da artacaq, çünki nəzərə almaq lazımdır ki, Rusiya Ukraynanın onun ərazilərinə hücum etməsinə asanlıqla göz yummayacaq. Rusiya təsir altında saxladığı regionlarda nüfuzunun itməsinə icazə verməyəcək. Kursk və Belqoroda hücumlardan sonra vəziyyət daha da kritik həddə çatacaq. 
Ukrayna ərazilərini işğal edildiyi üçün bu gün beynəlxalq birlik tərəfindən Rusiya onun ərazilərinə edilən hücumlara qarşı hər hansısa müdafiə mexanizmi ilə təchiz edilmir. Ukrayna əlində Rusiya əraziləri olaraq danışıqlar masasına oturmağa hazırlaşır. Bu əraziləri Donbasla dəyişmə predmetinə çevirmək istəyir. Hesab edirəm ki, müharibənin bundan sonrakı gedişatı daha maraqlı olacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 17:54
10 sentyabr 2024, 17:45
Top