Ağdaş icra başçısının 2 aydır işə çıxmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 11 iyl 2024, 14:47
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun iki aydır işə çıxmaması ilə bağlı yerli mediada məlumatlar yayılıb.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün Ağdaş İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Ağdaş İH-dən saytımıza məlumatı təsdiqləyiblər.

“Tofiq İbrahimovun səhhətində problemlər yaranıb deyə, iki aydır işə çıxmır. Hazırda onu birinci müavin İsmayıl Yusifzadə əvəz edir. Tofiq İbrahimovun işə nə zaman gələcəyi ilə bağlı hələ məlumat yoxdur”, - deyə icra hakimiyyətindən bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top