"NATO bu münaqişədə pay sahibidir" — Politoloq

SİYASƏT 10 iyul 2024, 12:30
Ukrayna Rusiya Federasiyası ilə münaqişə vəziyyətində olduğu müddətdə NATO-ya üzv ola bilməyəcək. 

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu fikri Polşa prezidenti Anjey Duda “The Washington Times” qəzetinə müsahibəsində deyib.

Bəs Ukraynanın NATO-ya üzv ola bilməmə səbəbi nədir? Hansı ehtimalda bu prosses baş verə bilər?

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Demokrat.az –a açıqlama verib.



“Bu ondan xəbər verir ki, əgər Ukrayna indiki vəziyyətdə NATO-ya üzv olarsa, təşkilat bu münaqişədə rəsmi şəkildə pay sahibinə çevriləcək. Onsuz da qeyr-rəsmi şəkildə bu belədir.

İkinci bir məsələ münaqişə NATO torpaqlarında olur. Bu da o deməkdir ki, NATO-ya üzv olan ölkələr bilavasitə Rusiya ilə toqquşmaq məcburiyyətində qalır. Əks təqdirdə Rusiya ilə müharibənin bədəllərin içərisində nüvə başlıqlı raketlərin zərbəsini qəbul etmək var.

Üçüncü bir məsələ isə Polşa hazırda silah anbarı rolunu oynayır. Bütün kommunikasiya bu ölkə üzərindən aparılır. Bu müharibədə təhlükə nöqtəsində olan ölkə Polşadır.
Ona görə də Polşa bu açıqlama ilə indiki vəziyyətdə müharibənin dayandırılmasını işarə edir. Və Ukraynanın daxili siyasi mühitinə də mesaj verir ki, müharibəni saxlamaq lazımdır.

Düşünürəm ki,  Rusiyaya bildirmək istəyir ki, Ukrayna artıq itkilərlə barışır və sən də bunu qəbul et. Bundan sonra isə Ukraynanın NATO-ya üzv olması daha real görünür.”

Şahanə Xankişiyeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top