Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər — VİDEO

HADİSƏ 02 iyl 2024, 23:35

Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Həmin görüntüləri təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top