Anestezioloq əvvəlcə xəstələri, sonra isə özünü ...

MARAQLI 02 iyl 2024, 20:42
İngiltərədə Milli Sağlamlıq İnstitutuna (NHS) bağlı olan Northampton Xəstəxanasında anestezioloq qalmaqalı yaşanıb.

Demokrat.az
xəbər verir ki, 2019-2021-ci illər arasında xəstəxanada işləyən anestezioloq 55 yaşlı Maykl Qudvinin xəstələri sakitləşdirmək üçün onlara verdiyi dərmanlardan özünün də istifadə etdiyi məlum olub. 

20 illik anestezioloq 2022-ci ildə barəsində açılan istintaqdan sonra səhvini etiraf edib. Müvafiq olaraq, o, əvvəlcə bəzi dərman ehtiyatlarını gizli şəkildə ələ keçirməyə başlayıb. 

Daha sonra o, dərmanları ya əməliyyatlardan əvvəl, ya da əməliyyatlar zamanı xəstələri yatırdıqdan sonra özü üçün istifadə edib.

O, oğurladığı dərmanların miqdarını gizlətmək üçün dərman reyestrini saxtalaşdırıb. 

Qeydlərdə yüksək doza dərmanların istifadə olunduğunu təsadüfən görən həmkarı ona zarafatla, “Deyəsən dərmanları qəhvənin içinə tökürsən” deyib. 

Qudvinin bu proses zamanı heç bir xəstəyə həyati təhlükə yaratmadığı, lakin xəstələrin etibarını itirdiyi bildirilib. 

Peşəsini sui-istifadə edən Qudvin 12 ay müddətinə işindən uzaqlaşdırlıb. Cəzası başa çatdıqdan sonra başqa xəstəxanada işə qayıdacaq. 

Lakin yeni iş yerində o, mütəmadi olaraq qan testlərindən keçiriləcək. 

Əfsanə Rəcəb
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top