“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə sıx əlaqələri var. Həm siyasi, həm iqtisadi, həm də mədəni sferalarda əməkdaşlıq mövcuddur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O qeyd edib ki, Azərbaycanın Çinlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalaması ŞƏT-lə tərəfdaşlığı daha da möhkəmlədəcək:
“Qazaxıstan və Rusiya ilə də oxşar müqavilələrə imza atılıb. Azərbaycanın ŞƏT ölkələrinin iqtisadi imkanlarından qarşılıqlı şəkildə faydalanmaq imkanı var. Azərbaycan ŞƏT ölkələri ilə gələcəkdə əməkdaşlığı daha da şaxələndirə bilər. Bu ölkələr dünyanın güclü iqtisadi və hərbi potensialına malik ölkələrdir. Çin və Hindistan həm ərazisinə, həm də əhali sayına görə dünyanın böyük ölkələrindəndir. ŞƏT-də dünya əhalisinin təxminən 50 faizi cəmlənir. Düşünürəm ki, əməkdaşlığı inkişaf etdirmək üçün cənab Prezidentin səfərləri mühüm əhəmiyyət kəsb edir”.
Törə Zeynallı
Demokrat.az