“Ronaldo” adlı ilan 14 bala doğdu

MARAQLI 26 iyun 2024, 17:35

İngiltərədə erkək olduğu düşünülən “Ronaldo” adlı ilan halda, 14 balaca sürünən dünyaya gətirib. 

Demokrat.az xəbər verir ki, hadisə Portsmut Kollecində baş verib. 

Kollecdə heyvan baxımı üzrə texnik olan Pete Quinlan 13 yaşlı “Ronaldo” adlı ilanın balalayana qədər erkək olduğunu düşünüb.  

Quinlan ona qulluq etdiyi 9 il ərzində "heç vaxt erkək ilanla əlaqədə olmadığını" qeyd edib. 

Bildirək ki, bu cür doğuş prosesi "partenogenez" kimi tanınır və Braziliyada göy qurşağı boa konstriktoru vasitəsilə əvvəllər cəmi üç dəfə qeydə alınıb.


Əfsanə Rəcəb
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top