Havalandırma işə düşmədi — Hovuzda zəhərləndilər

HADİSƏ 04 iyl 2024, 21:42
Türkiyənin Rize şəhərində şagirdlər hovuzda zəhərləniblər. 

Demokrat.az
"NTV Türkiye"yə istinadən xəbər verir ki, uşaqlar qapalı olimpiya hovuzunda üzərkən hovuzdakı kanallara xlor tökülüb. Havalandırma sistemi işə düşmədiyi üçün xlor suya qarışmayıb. Havalandırma sistemindəki nasazlığa görə ətrafa yayılan xlor qoxusu şagirdlərin zəhərlənməsinə səbəb olub. Təhlükəsizlik işçilərinin dərhal müdaxiləsindən sonra nəfəs almaqda çətinlik çəkən şagirdlər hovuzdan çıxarılıblar. 

Rize Dövlət Xəstəxanasına aparılan şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Rize Sağlamlıq İdarəsi tərəfindən sudan nümunələr götürülərək təhlillər aparılıb. Hadisənin havalandırma sistemində qısa müddətli nasazlıq səbəbindən baş verdiyi məlum olub. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 12:30
Top