Fransada növbədənkənar parlament seçkisinin ikinci turu keçirilir

DÜNYA 07 iyul 2024, 12:21

Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkinin ikinci turu keçirilir.

Demokrat.az xəbər verir ki, ölkənin xarici ərazilərində səsvermə hələ şənbə günü başlayıb və onların əksəriyyəti, Yeni Kaledoniyada olduğu kimi artıq bitib və ya bitmək üzrədir.

Milli Assambleyada 577 yer uğrunda əsas mübarizə mərkəzçi prezident koalisiyası, sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsi arasında gedir. Son sorğulara görə, Milli Birlik namizədləri aşağı palatada 170-210 yer qazana bilər. Bir partiyaya mütləq çoxluğa nail olmaq üçün isə 289 yer lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top