Müğənni Ayan Babakişiyeva son günlər tərzi ilə Əməkdar artist Elza Seyidcahanı xatırlatmasına reaksiya verib.
Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində ona ünvanlanan "Son vaxtlar qeyri-adi saç düzümü edirsən. Elza Seyidcahanı keçdiyini deyirlər" sözlərinə belə reaksiya verib:
"Bunu başqa verilişdə də dedilər ki, Elza Seyidcahana bənzəyirəm. Elza xanımı çox sevirəm. Xasiyyəti o qədər gözəldir ki... Səhnə adamı yaradıcı olmalıdır. Xanımı heç xanım başa düşmür, o ki qala kişilər. Elza xanım gözəl bəstəkar, sənətçidir. Nə xoş ki, məni Elza xanıma bənzədirlər. Bizdən danışmırlarsa, bilin ki, yoxuq".