Media Savadlılığı Həftəsi davam edir. Media savadlılığının önəmi günümüzdə getdikcə artmaqdadır. İnformasiya axınında cəmiyyət doğru informasiyanı seçə bilməli, yanlış məlumatlarla istiqamətlənməməli, dezinformasiyanın toruna düşməməlidir. Rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır. Bunun üçün medianın əsas komponenti olan media savadlılığı böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin hər bir fərdinin bu bacarıqlara yiyələnməsinin prioritet məsələ olduğu hər il keçirilən "Media Savadlılığı" Həftəsində təsdiqini tapır. "Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən "medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb. Hədəf auditoriya nəzərə alınmaqla sadə müraciət forması ilə təchiz edilmiş onlayn kurs “Media savadlılığı ilə bağlı anlayışlar”, “5 əsas konsepsiya və 5 əsas sual”, “Rəqəmsal dövrdə media savadlılığı” kimi bölmələri və daha detallı alt bölmələri ehtiva edir. Onlayn kursun media savadlılığı ilə bağlı ilkin anlayış və yanaşmaların mənimsənilməsini, bu istiqamətdə əsas konsepsiyalarla tanışlığı, informasiya qəbulu prosesində doğru sualların verilməsi vərdişinin formalaşdırılmasını hədəflədiyi vurğulanıb.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə Demokrat.az-a açıqlamasında deyib ki, bu günün rəqəmsal dövründə, müxtəlif media kanallarının gündəlik həyatımızı məlumat axını ilə doldurduğu bir zamanda media savadlılığı çox vacib meyara çevrilib.
O bildirib ki, səhv məlumatlarla və bölücü hekayələrlə dolu bir mühitdə istiqamətimizi tapmağa çalışarkən keyfiyyətli məlumatı ayırd etmək və məlumatlı qərarlar qəbul etmək bacarığı olduqca mühümdür:
“Media savadlılığı müasir media məkanının mürəkkəbliklərini naviqasiya etmək üçün fərdləri zəruri bilik və bacarıqlarla təmin edir. Onlara müxtəlif platformalarda media məzmununu tənqidi analiz etmək, qiymətləndirmək kimi bacarıqlar qazandırır . Media savadlılığının necə işlədiyi və onun təsirliliyi ilə bağlı bir çox suallar yaranır. Media savadlılığı insanların aldıqları və göndərdikləri media mesajlarının məzmununu analiz etməyə kömək edən bacarıqlardır. Bu, hər birimizi passiv istehlakçı deyil, aktiv istehlakçıya çevirir, mediadan istifadəmiz zamanı gördüyümüz və ya bizə deyilənləri sorğulamaq üçün alətlər təqdim edir. Media savadlılığı olmadan məzmunu yoxlamaq və ya etibarlı xəbərləri qərəzli məzmundan ayırmaq çətin olardı. Bu, müəllifin məqsədini anlamağa, medianın mədəniyyətimizdəki rolunu dərk etməyə və siyasət kimi mürəkkəb mövzularda müxtəlif perspektivləri başa düşməyə kömək edir”.
Ekspertin sözlərinə görə, media istehlakı məsələnin yalnız bir hissəsidir, media savadlılığı həmçinin öz məzmunumuzu məsuliyyətlə yaratmağa kömək edir:
“Məsələn ABŞ-da aparılan sorğu göstərib ki, 19-81 yaş arasında olan insanların təxminən yarısı məktəbdə media savadlılığı ilə bağlı bacarıqları öyrənməyiblər. Media savadlılığı seçki dövründə və ümumiyyətlə, demokratiyada məlumatlı qərar qəbul etmək üçün əsas vasitədir. Fərqli mənbələrin etibarlılığını şərh etmək, məlumatlı qərarlar qəbul etməyə və demokratik proseslərdə iştirak etməyə təşviq edir.Beynəlxalq təcrübədə media savadlılığını göstərmək üçün 5 əsas texnika təklif olunur: Xəbərin etibarlı mənbələr tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini araşdırmaq, müəllifin və ya mənbənin doğruluq və ədalətlilik üzrə nüfuzuna diqqət yetirmək, iddiaların əsaslandırılması üçün təqdim olunan mənbələri və sübutları yoxlamaq, materialın kontekstdən çıxarılmadığını və düzgün təqdim edildiyini təmin etmək və iddiaların əsaslı olub-olmadığını və təqdim edilən arqumentlərdə məntiqi səhvlərin mövcudluğunu araşdırmaq. Müasir dövrdə media savadlılığı təkcə fərdi səviyyədə deyil, həm də milli təhlükəsizliyin qorunması baxımından mühüm rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra informasiya məkanında müxtəlif təhdidlərlə üzləşir. Bu təhdidlər xüsusilə Ermənistan tərəfindən yayılan dezinformasiya, Azərbaycanın neft strategiyasını hədəf alan qüvvələr və bəzi Qərb dairələrinin təsirləri ilə müşahidə olunur. Ermənistanın və onun dəstəkçilərinin yaydığı dezinformasiya Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu zəiflətməyi, ölkənin iqtisadi inkişafını ləngitməyi və cəmiyyət daxilində parçalanma yaratmağı hədəfləyir. Xüsusilə Azərbaycanın neft strategiyasına qarşı təzyiqlər, milli maraqlara zidd məlumatların tirajlanması və bölgədəki sabitliyi pozmağa yönəlmiş təxribat xarakterli media kampaniyaları aparılır.COP29 kimi beynəlxalq tədbirlər ərəfəsində bu cür dezinformasiya kampaniyaları yenidən canlanır. Bu, Azərbaycanın uğurlarını kölgədə qoymağa və beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmağa yönəlmiş strategiyanın bir hissəsidir”.
QHT sədri vurğulayıb ki, belə bir mühitdə media savadlılığı, həm fərdlər, həm də dövlət qurumları üçün strateji vasitəyə çevrilir:
“Media savadlılığı dezinformasiyanı tanımaq və zərərsizləşdirməyə, milli maraqları qorumağa, beynəlxalq nüfuzu gücləndirməyə imkan verir. Azərbaycanda media savadlılığı ilə bağlı davamlı işlər aparılır. Hesab edirəm daha da inkişaf üçün bəzi məqəmlar da nəzərə alınmalıdır. Monitorinq və analiz mərkəzləri yaradılmalı, dezinformasiya kampaniyaları vaxtında müəyyən edilməli və zərərsizləşdirilməlidir. Maarifləndirici kampaniyalar vasitəsilə cəmiyyətin fərdlərinə düzgün məlumatı seçmək və dezinformasiyadan qorunmaq öyrədilməlidir. Rəqəmsal platformaların gücündən istifadə edilməli və milli maraqları dəstəkləyən məzmunlar hazırlanmalıdır. Dezinformasiyanın qarşısını almaq və media savadlılığını artırmaq bu istiqamətdə həm milli maraqları qorumaq, həm də qlobal müstəvidə Azərbaycanın mövqeyini gücləndirmək üçün vacib addımlardır”.
Azərbayca Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli sayta açıqlamasında söyləyib ki, cəmiyyətdə media savadlılığı bacarıqlarını formalaşdırmaq üçün ən vacib amil maarifləndirmə işlərinin aparılmasıdır:
“Media savadlılığı haqqında məlumat verməli, həqiqi xəbərin saxta xəbərdən, dezinformasiyadan fərqini izah etməliyik. Bununla bağlı Azərbaycanda ciddi işlər aparılır. Lakin sosial mediada, xəbər portallarında, media subyektlərində bu işlər mövsümi xarakter daşımamalı, davamlı olmalıdır. Belə olan təqdirdə Azərbaycan cəmiyyəti saxta xəbərlə doğru xəbəri ayırd edə biləcək. Və artıq hansısa xəbər insanların qarşısına çıxdıqda ona şübhəli yanaşacaq, xəbəri doğru mənbədən əldə edəcəklər. Cəmiyyətimizdə bu cür bacarıqları formalaşdırmaq üçün ən vacib amillərdən biri də insanlarla aktiv işlər görməkdir. Xüsusən jurnalistika fakültəsinin tələbələri, ictimai-siyasi proseslərlə bağlı şəxslərlə iş aparılmalıdır ki, növbəti mərhələdə biz bu bacarıqların formalaşdığının şahidi olaq”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində dərc olunur.