Türkiyəli müğənni Doğuş anası ilə bağlı açıqlamasıyla diqqət çəkib.
Axşam.az xəbər verir ki, həyat yoldaşı Xoşqədəm Hidayətqızının verilişinə gələn sənətçi uşaqlıqdan onu atan anasını bağışlamadığını deyib:
"Bağışlamağa imkan verə bilmirəm. Normal həyatım olmadı. Çox axmaq həyat yaşadım. Çırpındıqca, batdım. Sonra yenidən Doğuş oldum. Hər keçəni ana hesab edirdim. Allah məni bağışlasın. Onu tamamilə bağışlaya bilmirəm. Nə ata, nə ana sevgisi görmüşəm. Övladlarımın dırnağı qırılsa, dünyanı dağıdaram".
Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün əkiz oğulları var.