Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

HADİSƏ 20 dekabr 2024, 22:22
Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı nəqliyyat vasitələri hərəkətdə olarkən qarşı-qarşıya gəliblər və qəza qaçılmaz olub.

Qəza nəticəsində sürücülər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2025, 12:26
17 sentyabr 2025, 11:10
Top