16 yaşlı qızı 14 yaşlı oğlan üçün qaçırıdılar

DÜNYA 05 oktyabr 2024, 14:38
Rusiya Federasiyasının Ryazan vilayətində 3 nəfər 16 yaşlı qızı 14 yaşlı qaraçı oğluna ərə vermək üçün qaçırıb.

Demokrat.az musavat.com-a istinadən bildirir ki, onlar məktəbli qızı zorla maşına mindirərək Moskvaya tərəf aparıblar. Cinayətkarlar sonda çevik polis qüvvələri tərəfindən Kolomnada yaxalanıblar.

Sonradan məlum olub ki, oğlanın valideynləri "gəlin"i fotoşəkillərdən seçiblər və onu heç vaxt şəxsən görməyiblər. "Bəy"in özü isə gələcək toy və adam oğurluğu planı haqqında heç nə bilməyib.

Rusiya İstintaq Komitəsinin yetkinlik yaşına çatmayan qızın qaçırılması faktı ilə bağlı cinayət işi açıb. İş üzrə şübhəli bilinən şəxslər 1985 və 1986-cı il təvəllüdlü kişilər, həmçinin 2008-ci il təvəllüdlü gəncdir. Onların hamısı saxlanılıb və yaxın vaxtlarda barələrində həbs qətimkan tədbiri seçiləcək.

Cinayət qızın valideynləri ilə birlikdə yaşadığı Rıbnoye şəhərində törədilib. Qız azad edilərək valideynlərinə təhvil verilib.

Yerli jurnalistlərin məlumatına görə, qız, onu qaçıranları tanımır, könüllü olaraq maşına minməkdən imtina edib və onlar onu zorla ora sürükləməyə başlayanda fəal müqavimət göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top