Ucarda avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ 05 oktyabr 2024, 18:26

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un  Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakl-Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini İslamov Elçin Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top