Hakan Fidan: “Şuşanın işğaldan azad edilməsi Türk dünyası üçün tarixi hadisədir”— VİDEO

GÜNDƏM 07 iyul 2024, 11:55
“Şuşanın işğaldan azad edilməsi Türk dünyası üçün tarixi hadisədir”.

Demokrat.az  xəbər verir ki, bunu Şuşa şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

O, mədəniyyət paytaxtımızda olmasından qürur duyduğunu bildirib.
Xatırladaq ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top