Süni intellekt cinayət törədənləri belə həbs edəcək — Gələcəyin həbsxanası (FOTOLAR)

MARAQLI 27 iyun 2024, 18:51
Bir vaxtlar ancaq elmi fantastika filmlərində izlədiklərimiz get-gedə həyatımızın bir hissəsinə çevrilir. 

Demokrat.az xəbər verir ki, molekulyar bioloq tərəfindən hazırlanmış “gələcəyin həbsxanası” ideyasını məhz buna misal göstərmək olar. 

Gələcəyin həbsxanası əslində cinayətkarları dəmir barmaqlıqlar arxasına deyil, öz şüurlarına həbs etmək məqsədi daşıyır. 

“Cognify” adlanan dizayn insanın beyninə cinayətlə bağlı sintetik xatirələri yerləşdirərək günahkarın öz cinayətini qurbanının gözü ilə görməsini təmin edəcək. 

Sistem cinayətin süni intellekt tərəfindən yaradılan şəkillərini nümayiş etdirən VR (virtual reallıq) kimi cihaz və bəzi şəxslərin özbaşına yarada bilmədiyi peşmanlıq və vicdan əzabı kimi emosiyaları tətikləyən beyin implantı ilə birlikdə işləyəcək.

Molekulyar bioloq Hashem Al-Ghaili tərəfindən hazırlanmış konsepsiya, bu cinayət xatirələrini qalıcı etməklə terapiya seansının uzunmüddətli təsirlərinə nail olmaq məqsədi daşıyır.

Bildirilib ki, hazırda ABŞ-da 1,7 milyondan çox insan həbsdədir. Rəsmilər uzun müddət həbsxananın cinayətkarları gələcək cinayətlərdən çəkindirdiyini söyləsələr də, 2021-ci ildə 100-dən çox araşdırma həbsxananın insanların yenidən cinayət törətməsinə mane olmadığını göstərib. 

Bunu nəzərə alan Al-Ghaili “gələcəyin həbsxanası” ilə cinayətkarlara keçmişlərindən dərs almağa kömək edəcəyini iddia edib. 

Sistemi izah edən videosunda Hashem Al-Ghaili "Cognify bir gün süni xatirələr yarada və onları birbaşa məhbusun beyninə yerləşdirə bilər", -  deyib.





Əfsanə Rəcəb
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top