Meyvələr orqanizmin vitamin ehtiyacını təmin edir. Lakin aparılan son araşdırmalar nəticəsində məlum olub ki, meyvələrin yanlış istehlak edilməsi orqanizmi zəhərləyə bilər. Demokrat.az NTV Türkiye-yə istinadən xəbər verir ki, meyvələri günün doğru saatında yemək lazımdır ki, faydası olsun.
Sağlam bədən üçün düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Qeyri-sağlam və qeyri-müntəzəm qidalanma sağlamlığa birbaşa təsir edir. Sağlamlığımızı qorumaq və immunitetimizi gücləndirmək üçün pəhriz siyahısına meyvə və tərəvəzləri əlavə etmək lazımdır. Düzgün istehlak edildikdə meyvələr orqanizm üçün şəfa mənbəyidir.
Bununla belə, meyvələrlə bağlı son araşdırmaların nəticələri hər kəsi təəccübləndirib. Belə ki, əslində meyvələri də günün müəyyən saatlarında yemək lazımdır, istənilən vaxtda deyil. Araşdırmalar deyir ki, hər mövsüm istehlak edilməli olan meyvələrin 80 faizi turşu əsaslardan ibarətdir. Bu minerallar və vitaminlər sağlamlığımıza faydalıdır. Ancaq yanlış zamanda istehlak edildikdə bədəni zəhərləyə də bilər.
Meyvələri acqarına yemək lazımdır. Tox vaxtı yeyilən meyvələr qana qarışaraq zəhərə çevrilir. Bundan əlavə, meyvə qəbulu üçün ən yaxşı vaxt günorta və axşamdır. Meyvəni səhər və axşam yatmazdan əvvəl yemək olmaz. Meyvə tez həzm olunduqda vitamin dəyəri də itir. Banan, avokado və ananas kimi meyvələr qəhvə ilə birlikdə istehlak edildikdə maddələr mübadiləsini sürətləndirir. Giləmeyvələri acqarına yedikdə qan hüceyrələrinin sayını artırır.
Törə Zeynallı
Demokrat.az