“İstanbul razılaşması hələ də masadadır” — Putin

DÜNYA 04 iyl 2024, 22:07
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə Rusiya arasında potensial sülh razılaşması ilə bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, Putin açıqlamasında 2022-ci il İstanbul razılaşmasının hələ də “masada olduğunu” və Ukrayna ilə sülh danışıqları üçün əsas yarada biləcəyini bildirib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov da ötən mart ayında verdiyi açıqlamada, 2022-ci ildə İstanbulda hazırlanan razılaşmanın Rusiya ilə Ukrayna arasında danışıqlara başlamaq üçün əsas ola biləcəyini söyləmişdi.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 12:30
Top