Britaniyanın yeni baş naziri "Ruanda" planını ləğv etdi

DÜNYA 06 iyul 2024, 19:47
Böyük Britaniyanın yeni seçilmiş baş naziri Keir Starmer açıqlamasında İngiltərəyə qeyri-qanuni yollarla gələn immiqrantların Ruandaya göndərilməsini nəzərdə tutan deportasiya planını ləğv edib.

Demokrat.az xəbər verir ki, Starmer deportasiya siyasətini davam etdirməyəcəyini və uçuşlar başlamazdan əvvəl planı bitirəcəyini təsdiqləyib. 

Starmer açıqlamasında "Ruanda planı başlamazdan əvvəl ölü idi və basdırıldı. Plan heç vaxt çəkindirici olmadı. Mən çəkindirici olmayan hiylələrlə davam etməyə hazır deyiləm" deyib. 

Starmer bundan əvvəl Mühafizəkarlar Partiyasının Ruandaya qaçqın göndərmək planını ləğv edəcəyinə söz vermişdi.

Seçkilərdə immiqrasiya məsələsi önəmli olduğu üçün Manş boğazı ilə gələn on minlərlə immiqrantın dayandırılması Starmerin qarşısında duran mühüm məsələlərdən biri olacaq.

Qeyd edək ki, qeyri-qanuni mühacirlərin İngiltərəyə gəlməsini və ölkədən immiqrantları deportasiya etməsinin qarşısını almaq istəyən İngiltərə Ruanda Planını hazırlamışdı. Plana görə, öz ölkəsinə deportasiya oluna bilməyən insanlar “təhlükəsiz ölkə” sayılan Ruandaya deportasiya ediləcəkdi. Ölkəyə qeyri-qanuni yollarla daxil olan şəxslərə sığınacaq istəmək hüququ verilməyəcəyi açıqlanmışdı. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top